"Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXXIII turunun "Turan Tovuz"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
“Ağ-qaralar” növbəti turda səfərdə “Qarabağ”la qarşılaşacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə üçün mütləq xal qazanmaq lazımdı. Maraqlıdı, monteneqrolu mütəxəssis bu matç haqda nə düşünür?: “Statistikanın xeyrimizə işlədiyini bilirsinizz. Deyə bilmərəm ki, statistikada bu qədər qol buraxırıq. Amma həftə ərzində işləyəcəyik və çalışacağıq ki, uğur qazanaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC