Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli, fikir başqa yerdədi"

"Sumqayıt"ı təbrik edirəm. Burda çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram. Özümüzə gəldikdə, pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə, bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXIII turunun “Sumqayıt”a 0:1 hesabıyla uduzduqları səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Hər iki hissədə oyunda diqtə edən tərəf idiniz, topa daha çox sahib oldunuz. Məhsuldarlığın aşağı olması nə ilə əlaqədar idi?

Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdı. Görünür ki, belədi. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədi. 

- Demək olar ki, istək keyfiyyətə üstün gəldi?

Görünən odur. "Sumqayıt" çox istəkli görünürdü. Əslində, haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC