"Aznur"un kapitanı finalda hədəflərini açıqladı: "O, bizi sanki komputer kimi idarə edirdi"

“Aznur” minifutbol üzrə Azərbaycan çempionatında finala vəsiqə qazanıb. 

Presssport.az xəbər verir ki, yarımfinal mərhələsində “Real Bakı” ilə ilk oyunda 2:2 hesabı ilə heç heçə edən Rəcəb Fərəczadənin yetirmələri cavab oyununda rəqibə şans verməyiblər. Oyun boyu üstünliyə tam yiyələnən “Aznur” bu oyunda 6:2 hesabı ilə qalib gələrək ümumi nəticədə 8:4 hesabı ilə qalib gəlməklə finala vəsiqə qazanıb. Finalda rəqib son çempion “Birbaşa Bakı” olacaq.

“Aznur"un qapıçısı və kapitanı Nuri Fətiyevin saytımıza bildirdiyinə görə, finala vəsiqə qazanacaqlarına bütün komanda ilə inanırdılar:

“Real Bakı" ilə ilk oyunda komanda olaraq qalıb gəlmək üçün çox çalışdıq. Lakin ilk matçda hesabın 2:2 qalması bizə cavab görüşü üçün böyük məsuliyyət yaratdı. Finala vəsiqə qazanmaq və 2018-ci ildə olan uğurumuzu təkrarlamaq istəyirik. Bütün komanda ilə buna hazırlaşırıq. Bu uğurda baş məşqçimiz Rəcəb Fərəczadənin böyük əziyyəti var. O, bizi sanki komputer kimi idarə edirdi. Futbolçularımız da cavab oyununda meydanda döyüşdülər. Bu da nəticədə özünü göstərdi. İndi bütün fikrimiz final oyununadır. Məqsədimiz 6 il bundan öncəki uğurumuzu təkrarlamaqdı. Final oyununda bunun üçün döyüşəcəyik".

Məlumat üçün bildirək ki, minifutbol üzrə Azərbaycan çempionatının final oyunu mayın 14-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC