Azərbaycan taekvondoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident Kubokunu 12 medalla başa vurub.
Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət milli 5 medal qazanıb.
Komandanın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) 3-cü yeri tutub.
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitirib. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC