Türkiyənin “Manisa” klubunun futbol şöbəsinin müdiri Ərdəm Özkan Azərbaycan millisinin futbolçusu Sertan Taşkının transferi ilə bağlı fikirləri bölüşüb. Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin təqdimat mərasimində çıxış edən klub rəsmisi Sertana güvəndiklərini söyləyib: "Taşkın Azərbaycan Premyer Liqasının diqqət çəkən futbolçularından biridi. O, Azərbaycan millisinin formasını geyinmiş oyunçudu. Burda özünü inkişaf etdirərək, daha yaxşı yerlərə yüksələcək. Onun istedadına güvənirik. Keçidin həm futbolçuya, həm də klubumuza xeyirli olmasını arzulayıram”. Xatırladaq ki, “Turan Tovuz”dan "Manisa"ya keçən Sertan yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC