Turabovun "pasport düyünü" çözüldü

“Turan Tovuz”un bu mövsüm PFL-ə sifariş edə bilmədiyi müdafiəçi Eltun Yaqubluyla bağlı problemi həll olunub. Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov 27 yaşlı futbolçunun pasport məsələsinin nəhayət, yoluna qoyulduğunu söyləyib.

Bu yerdə bildirək ki, ötən mövsümdən etibarən tovuzluların şərəfini qoruyan Eltunun xarici pasportunun istifadə müddəti bitmişdi. Qərb təmsilçisi Gürcüstan doğumlu Turabova yeni pasport alınmasına köməklik göstərməsi üçün AFFA-ya müraciət edib. Assosiasiya da öz növbəsində Gənclər və İdman Nazirliyinin (GİN) üz tutub. GİN yaxın vaxtlarda müvafiq sənədlərin hazırlanacağı haqda qarşı tərəfi məlumatlandırıb. Proses yaydan başlasa da, uzun müddət həllini tapmırdı. Tovuz təmsilçisinin Eltunun adını Peşəkar Futbol Liqasına göndərilən iştirak ərizəsində göstərməməsi sırf bundan irəli gəlirdi ki, onu legioner kimi sifariş etmək istəmirdi. 

Hər halda, Turabov aşağı yaş qruplarından ibarət yığma komandalarımızda çıxış edib: “Eltunun məsələsi həll olundu. Onun PFL-ə sifariş etmişik, oyun günü təsdiq olmalıdı. O, bu müddətdə bizimlə məşq edirdi, yoldaşlıq görüşünü keçirirdi. Amma xeyli vaxtdı oyunsuz qaldı. Əsas odur axır ki məsələsi düzəldi. Bu, nazirlik səviyyəsində həll olundu”.


 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC