“İcrakom”da olmamağım məni təəccübləndirmədi. Normal haldır. Mən yoxam, orda başqa Zaur Axundov var (gülür). Fərqi yoxdu. Ona da uğurlar arzulayıram. Zaur müəllim də çoxdandır ki, futboldadı".
Bu sözləri Presssport.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) sabiq üzvü Zaur Axundov deyib.
"Araz-Naxçıvan"ın Müşahidə Şurasının sədrinin sözlərinə görə, növbəti illər üçün İK-də təmsil olunmadığı üçün heç kimdən incik düşməyib: "Hansısa inciklik qətiyyən ola da bilməz. AFFA-nın yeni prezident seçkisində də iştirak etdim, uğurlar arzuladım. Nə olursa-olsun, hamı razı qalsın və əsas odur ki, millimiz yüksəklərdə olsun. Gürcüstan millisinə baxın - Avropa çempionatının final mərhələsindədr. Biz də onu görmək istəyirik. Azərbaycanda hər bir şərait var, Gürcüstandan da yaxşıdır. Təbii ki, vaxt lazımdı. Amma mənim üçün əsas məsələ odur ki, milli uğur qazansın. Dövlətimizin uğurlarının içində təbii ki, futbol da yüksəklərdə olmalıdı".
Məlumdu ki, “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşdi. Maraqlıdı, Axundova görə AFFA rəhbərliyi komanda sayını artıraraq onları da yüksək liqada saxlamalıdı?: "Təbii ki, istəyərdim “Qəbələ” yüksək liqada qalsın. Amma bu, tək mənim istəyimlə olmur. “Qəbələ”nin futbolu çox sevən və yatırım edən rəhbərliyi var. Onların gözəl akademiyası da var. Avrokuboklarda Azərbaycanı təmsil edib. Heç istəməzdim ki, “Qəbələ” I Liqaya düşsün. Bu yaxında AFFA İcraiyyə Komitəsinin iclası olmalıdı. Ümidvaram ki, müsbət qərar olar və “Qəbələ” Premyer Liqada qalar. Amma yenə də idman prinsipləri var. çempionat başlayanda hamı bilirdi ki, sonuncu yeri tutan komanda liqanı tərk edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC