AFFA İntizam Komitəsi 2 kluba texniki məğlubiyyət verib.
Presssport.az xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahiblərinə həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə texniki məğlubiyyət (0:3) verilib.
"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. Belə ki, AFFA U-17 Qızlar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC