“Əlbəttə, bu dəqiqə çətinliklərimiz çoxdu. Zədə baxımından problemlərimiz var, kiçik zədələr çox idi. Bilirik ki, ilk 2 tur çox ağır keçəcək. Amma hazır olmalıyıq. İki dövrə qalıb, 1-2 oyunluq baxmırıq. Bütün mövsümün sonunadək olan dövrü fikirləşirik. İnşallah, komandama inanıram. Davam eləmək lazımdı”. Bu fikirləri Presssport.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Bu il Premyer Liqada ilk turda Qəbələdə "Kəpəz"in qonağı olacaq Abbasov Qərb derbisinin həmişə maraqlı keçdiyini vurğulayıb: “Çətin olacaq. İnşallah, xal qazanan biz olarıq. Oyunun Tovuzda yox, Qəbələdə keçirilməsinə gəlincə, bu rəqibə məxsus qərardı. Heç müzakirə açmadıq, fikir vermədik nə qərar verdilər. Ev sahibi onlardı".
43 yaşlı çalışdırıcı yaxşı tanıdığı, vaxtilə “Zirə”də birgə işlədiyi həmkarı Adiı Şükürovun “Kəpəz”ini belə qiymətləndirib: “Son matçlar yaxşı, sürətli oynayırlar. “Kəpəz” əvvəl də pis oynamırdı. Sadəcə, xal qazana bilmirdi. Son oyunlarda isə xal qazanırlar. Yeni futbolçuları var, yaxşı, dinamik komandadı”.
Abbasov qış fasiləsində heyətə cəlb etdikləri yeni futbolçularından və Antalya toplanışı buraxmalı olan yarımmüdafiəçisi Budaq Nəsirovdan da söz açıb: “Neftçi”dən icarəyə götürdüyümüz Fərid Yusifi ilə İsmayıl Zülfüqarlı hələ tam hazır deyillər. Amma məşq edirlər, yaxşıdırlar. Braziliyalı yeni hücumçumuz Aleks De Souza Alkantara da tam gücüylə məşq edir, problemi yoxdu. Budaq Türkiyəyə girişinə qadağaya görə yenə bizimlə təlim-məşq toplanışında ola bilmədi. Bu müddətdə əvəzedici komandamızda məşq edirdi, indi bizimlə hazırlaşır. Hazırlıq durumu normaldı. Hər halda, toplanışda olmayıb, o da formasını bir az itirib".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC