Musa Qurbanlı gələcək taleyini yayda rəhbərliklə danışacaq: "İndi müzakirə etsək belə..."

"Yurqorden"də çıxış edən millimizin futbolçusu Musa Qurbanlı növbəti dəfə İsveç mətbuatına danışıb.

Presssport.az xəbər verir ki, gənc hücumçumuz məşqçilərlə münasibətinin yaxşı olduğunu deyib: “Heç nə deməsələr, soruşmuram. Bu, onların öz qərarıdır və heç nə izah etməyə borclu deyillər. Məşqçilər nəsə təklif etsələr, bu, bir futbolçu kimi mənim üçün daha yaxşıdı. Lakin etməsələr, bu da normaldı. Vəziyyətimlə bağlı klubda başqa kiminlə danışmışam? İdman direktoru başda olmaqla, hamı ilə. Hamı mənə dəstəkd".

Qurbanlı “Yurqorden”dəki gələcəyi bağlı indi heç nə deyə bilmədiyini bir daha vurğulayıb: “Çünki qarşıda hələ çox oyun var. Amma təbii ki, yayda rəhbərliklə bu barədə danışacağıq. İndi müzakirə etsək belə, heç nəyə nail ola bilməyəcəyik. Ona görə ki, ”transfer pəncərəsi" bağlıdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC