"Vurduğum qolun 80 faizi Emil Mustafayevin xidmətid, sadəcə, sağ ayağımı qoymağım yetərli oldu"

Ukraynanın "Polesye" klubunda baş məşqçi əvəzi Sergey Şişşenko Premyer Liqasının XXVI turunda “Vorskla” üzərində qazanılan qələbəni (1:0) şərh edib. Presssport.az. xəbər verir ki, o, klubun rəsmi saytöna açıqlanasında azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayevin assistini qeyd edib: "Qol vurulanda Aleksandr Nazarenko lazımi yerdə idi. Amma burda Emil Mustafayevin çox yaxşı iş gördüyünü də demək lazımdı. Onun vurulan qolda xidməti böyükdü. Təbii ki, bütün komandanın xidməti var idi, əsl kollektiv kimi mübarizə apardıq".

Eyni zamanda, qolun müəllifi də Azərbaycan millisinin üzvü barədə xoş fikirlər səsləndirib: "Düşünürəm ki, vurduğum qolun 80 faizi Emil Mustafayevin xidmətidi. Çünki o, hər şeyi etdi. Sadəcə, sağ ayağımı qoymağım yetərli oldu. Allaha şükürlər olsun ki, qol vurdum. İndi bütün diqqətimizi çempionata yönəldirik və hər oyun finala bənzəyir". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC