“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar

Rumıniya mətbuatı FCSB-nin Çempionlar Liqasında (ÇL) “Qarabağ”ı potensial rəqibləri arasında arzuolunmaz komanda kimi göstərib.

Presssport.az xəbər verir ki, “Digi Sport” nəşrinin hazırladığı siyahıda klubun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqibləri yer alıb.

Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.

Rumınların siyahısında “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb.

“Qorxulu siyahı”

I tur: “Ordabası” (Qazaxıstan)

II tur: “Qarabağ” (Azərbaycan)

III tur: “Slaviya” Praqa (Çexiya)

Pley-off: “Qalatasaray” (Türkiyə)

Xatırladaq ki, ÇL-də I təsnifat mərhələsinin oyunları 9/10 iyul və 16/17 iyul, II təsnifat mərhələsi matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC