“Real” Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda “Bavariya” ilə səfərdə 1:1 heç-heçə edib.
Presssport.az xəbər verir ki, Madrid təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç ikinci hissədə meydana daxil olub. O, 38 yaş 234 günlüyündə olub və bununla da madridlilərin əfsanəsi hücumçusu Ferents Puşkaşın 1965-ci ildən davam edən rekordu 5 gün yenilənib.
Modriç ÇL-in bu mərhələsində oynayan 3-cü ən yaşlı futbolçu olub. Bu göstəricidə rekordçu italiyalı veteran müdafiəçi Alessandro Kostakurtadı. Sabiq “Milan”lı 40 yaş 2 günlük olanda ÇL-in yarımfinalında iştirak edib. İkinci isə 38 yaş 302 günlüyündə meydana çıxan digər italiyalı veteran müdafiəçi Paolo Maldinidi (“Milan”). Yəni, Luka hazırda karyerasını davam etdirən futbolçular arasında bu mərhələdə top qovan ən yaşlı oyunçu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC