Azərbaycan Voleybol Federasiyasınn (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl"in üzvləri ilə görüşüb.
Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həm qadın, həm də kişi komandasının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.
Bağırov ilk olaraq “Azərreyl"in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu il ölkə çempionatlarının kifayət qədər maraqlı və gərgin keçdiyini bildirib, qarşılaşmaların, birinciliyin açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Hər bir oyunçuya bu gözəl mübarizəyə görə təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.
"Azərreyl"in rəhbəri Orxan Kərimov və baş məşqçilər diqqətə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Daha sonra klubun rəmzi formasını Bağırova və Quliyevə təqdim ediblər. "Azərreyl"in qadınlardan ibarət komandasının baş məşqçisi Cengiz Akarçeşme isə müəllifi olduğu “Müasir voleybol” kitabını AVF prezidentinə hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC