PSJ bunu bu mövsüm ilk dəfə yaşadı...

Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada keçirilən ilk oyununda Dortmund "Borussiya"sına 0:1 hesabıyla uduzan PSJ 2023/24 mövsümündə ilk dəfə belə məğlubiyyətlə üzləşib.

Presssport.az xəbər verir ki,  Fransa nəhəngi cari mövsümdı birinci dəfə qol vurmadan yenilib.

Bu mövsüm bütün turnirlərdə 5 məğlubiyyət acısı dadan parislilər əvvəlki 4 qarşılaşmanın hamısında rəqib qapılarına yol tapmağı bacarmışdı. Luis Enrikenin komandası daha öncə Liqa 1-də "Nitsa"ya (2:3), ÇL-də isə "Nyukasl" (1:4), "Milan" (1:2) və "Barselona"ya (2:3) məğlub olub 

Onu da bildirək ki, parislilərin “Borussiya”nın qapısı istiqamətində endirdiyi 14 zərbədən cəmi 3-ü “çərçivə”yə gedib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC