Fransa millisi üçün ciddi itki - AVRO-2024-ü buraxacaq

PSJ-nin heyətində ciddi itki baş verib. 

Presssport.az xəbər verir ki, Paris təmsilçisinin sol cinah müdafiəçisi Lukas Ernandes sıradan çıxıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, Lukasın ön çarpaz bağları qopub. Nəticədə 28 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu da onun avtomatik AVRO-2024-də Fransa milli komandasına kömək edə bilməyəcəyi deməkdi. 

Onu da bildirək ki, Ernandes bu mövsüm PSJ-də 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC