I Liqanı tərk edəcək komanda bəlli olub.
Presssport.az ki, XXIV turda "Qaradağ Lökbatan"a uduzan (1:3) "Araz Saatlı"nın sonuncu - 10-cu olacağı rəsmiləşib.
Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xala malikdi və 9-cu pillədəki “Difai Ağsu”dan 10 xal geri qalır.
"İrəvan"a uduzan (1:3) MOİK-in isə çempionluq şansı bitib. Çünki hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın 52 xalı var. Mövsümün sonuna 3 tur qalmış "Qaradağ Lökbatan"ın çempionluq yolundakı əsas rəqibi “Şamaxı”də. Bu komandalar mayın 16-da XXVI turda oyununda qarşılaşacaq. Ötən mövsüm Premyer Liqanı tərk edən "Şamaxı" hazırda 48 xalla 2-ci pillədədi. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "İmişli"nin isə aktivində 46 xalı var və çempionluq şansını saxlayır.
Xatırladaq ki, qeqlamentə görə I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə II Liqada çıxış etməlidi.
1. Qaradağ Lökbatan 24 15 7 2 42-16 52
2. Şamaxı 24 13 9 2 51-19 48
3. İmişli 24 13 7 4 36-17 46
4. MOİK 24 12 6 6 45-26 42
5. Karvan 24 11 5 8 31-28 38
6. Zaqatala 24 6 8 10 28-32 26
7. İrəvan 24 8 2 14 28-49 26
8. Mingəçevir 24 7 4 13 18-36 25
9. Difai Ağsu 24 5 5 14 31-41 20
10. Araz Saatlı 24 3 1 20 25-71 10
BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 15 qol
Elmir Rəhimzadə (MOİK) - 13 qol
Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 10 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 10 qol
Emin Zamanov ("Şamaxı") - 9 qol
Xəzər Mahmudov ("İmişli") - 9 qol
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC