Azərbaycanın qadınlardan ibarət futbol yığmasının (U-16) baş məşqçisi Nərgiz Qurbanova UEFA-nın inkişaf turnirinin açılış matçında Minskdə Belarus yığmasına məğlubiyyəti (1:3) şərh edib.
Presssport.az xəbər verir ki, Belarus Futbol Federasiyasının rəsmi saytına danışan Qurbanova yığmanın təcrübə topladığını deyib: "2009-cu il təvəllüdlü qızlarımız ilk dəfə bu səviyyədə turnirdə çıxış edir. Bu, bizim üçün böyük təcrübədi və Belarusla görüşməyimiz çox xoşdu. Çünki bu, A kateqoriyalı komandadı, biz isə B kateqoriyasında. Bu mənada, qızların təcrübəli komandaya qarşı oynamaq və onları görmək imkanı var".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC