Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını 9 medalla başa vurub.
Presssport.az xəbər verir ki, son olaraq Niyaz Məlikov - Emil Zeynalov (2008-2009-cu il təvəllüdlü) cütlüyü 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.
Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib.
Xatırladaq ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC