Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.
Presssport.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.
Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcək.
I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.
Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcək.
Xatırladaq ki, güləşçilərimiz indiyədək 8 lisenziyanın sahibidi. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC