Xvalko həm "Kəpəz"də qalmaq, həm də "Qəbələ"nin Premyer Liqada qalmasını istəyir: "Kim bilir, bəlkə növbəti mövsümdə Azərbaycanın ən yaxşı klublarından biri olacağıq"
“Kəpəz” 2-ci mövsümdü Premyer qalmaq vəzifəsini sona yaxın rəsmiləşdirə bilir. Bu dəfə həmin missiya rəqibi "Qəbələ"ni onun meydanında məğlub etməklə (1:0) reallaşdı. Gəncə klubunun belaruslu kapitanı Yeqor Xvalko Presssport.az-a müsahibəsində bir mətləblərdən söz açıb.
- - Premyer Liqaya qalmağınızı rəsmiləşdirəndən sonra ürəyiniz tam sakit olar…
- - Əlbəttə, elədi. Prinsipcə, “Qəbələ”ylə ağır matç oldu. Qəbələdə hava ağır olduğundan oynamaq çətindi. Hələ keçən mövsümü xatırlamaq olar ki, bu vaxtlar necə bir isti idi. Fiziki cəhətdən də çətindi. Çünki hər halda, mövsümün sonudu, hamı yorulub. Amma işləyirik və 8-ci yerə yüksəlməyə iddialıyıq. Prinsipcə, pis nəticə deyil. Unutmayaq ki, mövsümün əvvəlində işlərimiz necə gedirdi, fikrimcə, indi hər şey yaxşıdı.
- - Bu ilə Qəbələdə uğurlu matçlarla başladınız, son nöqtəni da burda qoydunuz. Göründüyü kimi, Qəbələ sizə düşərli oldu. Üstəlik, “Qəbələ”nin son pilləni tutmasının məhz öz meydanında rəsmiləşməsi onun üçün faciə oldu…
- - Prinsipcə, Qəbələdə oynamaq hər zaman xoşdu. İndi yəqin, nəticəyə görə futbola elə də çox adam gəlmir. Hər halda, keçən mövsümün sonunda və cari mövsümün əvvəlində Qəbələ şəhər stadionunda daha çox azarkeş olurdu. İstənilən halda, burda həmişə zövqlə oynayırsan. Qəbələdə yaxşı meydanda, yaxşı stadion var. Əlbəttə, işi elə burda başa çatdırdığımıza görə şadıq. Belə görüəndə, cari mövsümü üçün qarşımıza qoyulan vəzifə
- ni yerinə yetirdik. İndisə 8-ci yeri tutmaq istəyirik. Əlbəttə, imkan olarsa, daha da yuxarı qalxarıq. Lakin əlbəttə ki, bu, çətin olacaq. Çünki 7-ci yerlə aramızda xal fərqi böyükdü.
- - Səncə, Adiı Şkürov baş məşqçi postuna daha əvvəl gəlsəydi, “Kəpəz” avrokuboklara oynaya bilərdi? Hər halda, potensialınız heç də pis deyil…
- - Mən tərəfdən düzgün olmayacaq gedən baş məşqçinin müzakirə etmək. Prinsipcə, göstərdiyimiz futbol, xüsusilə yeni ildən sonrakı avrokuboklar zonasına yaxın olardıq. Hər halda, həmin qrupda olardıq.
- - İkinci mövsümdü eyni ssenarini görürsən - “Kəpəz” mövsümə uğursiz start götürür, son pillədə olur və baş məşqçisi dəyişəndən sonra Premyer Lİqada qalır. Nə məsələdi? Yeni gələnlərin əllərində sehrli çubuq var?
- - Bilmirəm, hər məşqçinin komandaya öz planları, görmək istədiyi öz futbolu, öz oyun üslubu var. Fikrimcə, məşqçilər korpusunun bizdən tələb etdiyi yerinə yetirməyə çalışdıq. Qış fasiləsindən sonra daha yaxşı çıxş etdik - 20 xal topladıq. Fikrimcə, bu, yaxşı nəticədi. Qışadək bu qədər xal toplasaydıq, avrokuboklar zonasına yaxın olardıq.
- - İndi çox müzakirə gedir ki, belə infrasktura malik “Qəbələ” I Liqaya düşməlidirmi? Aydın məsələdi ki, bu, sənə aid məsələ deyil, amma hər halda, Premyer Liqamızda iştirakçısı kimi fikirlərin maraqlıdı…
- - Açığı, bu haqda düşündüm, götür-qoy etdim. Aydındı kİ, idman prinsipi ilk növbədədi, buna əməl olunmalıdı. Lakin AFFA, PFL rəhbərliyinin imkanı olarsa, yaxşı olardı ki, bu komanda Premyer Liqada qalsın. Prinsipcə, hər şeyləri var - bazası, akademiya ölkədə ən yaxşıdı. Əlbəttə, belə klublar Premyer Liqada olmalıdı. Amma bu, məndən asılı məsələ deyil. Buna qərar verən insanlar olacaq.
- - Eləsə özünə aid məsələylə söhbətimizi yekunlaşdıraq. “Kəpəz”lə müqavilən bitir. Qalmağı düşünürsən? Azərbaycan karyeranı davam etdirməyi planlaşdırırsan, yoxsa artıq bəlkə başqa təkliflərin var?
- - Təklifim yoxdu. Ola bilər, indi vəzifəmizi yerinə yetirəndən sonra hansısa danışıqlar olacaq. Onu deyə bilərəm ki, “Kəpəz”də qalmaq istəyirəm. Burda hər şey xoşuma gəlir. Həm komandada, həm məşqçilər korpusuyla, həm rəhbərliklə, həm də azarkeşlərlə yaxşı münasibətim var. Gıncəni bəyənirəm, bir il sonra da orda yeni stadion inşa olunacaq. Əlbəttə, istərdim ki, həmin vaxt da bura olum. Təbii ki, kapitanlıq sarğıslnı mənə etibar olunması da motivasiya edir.
- - Azərbaycanın daha iddialı klubunda oynamaq istəmirsən, təklif gözləmirsən?
- - Kim bilir, bəlkə “Kəpəz” növbəti mövsümdə Azərbaycanın ən yaxşı klublarından biri olacaq (gülür)