"Sərhədçi" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Xəzri"yə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib.
Presssport.az xəbər verir ki, "Sərhədçi" rəqibini 71:64 hesabı ilə məğlub edib.
Tərəflər arasında keçirilən ilk dueldən "Xəzri" qələbə ilə ayrılıb - 98:64.
Üçüncü oyun mayın 5-də baş tutacaq. Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan komanda növbəti mərhələyə vəsiqə qazanır.
Xatırladaq ki, "Xırdalan" və “Neftçi” arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC