"Komandanın gərgin mübarizənin fonunda Premyer Liqada qalmağı təmin etməsi təbii ki, bizim hamımızı sevindirdi. İndi turnir cədvəlində daha yuxarı pilləni tutmaq üçün yaxşı imkan da var”.
Presssport.az verir ki, bunu Gəncə klubunun İdarə Heyətinin üzvü Müşfiq Cəfərov deyib.
Millət vəkili klubun mətbuat xidmətinə açıqlamasında bu işdə məşqçilər korpusu, futbolçular, azarkeşlər, ümumilikdə hamının əməyinin olduğunu bildirib: “Hər kəs üzərinə düşən işi gördü və nəticəsi də oldu. Təbii ki, əsas əziyyəti komanda üzvləri çəkdilər. Baş məşqçi Adil Şükürov və komandasına gördükləri keyfiyyətli işə görə minnətdarıq. Onları tək qoymayan azarkeşləri də unutmaq olmaz. Məğlub olanda da dəstək verməklə ruh yüksəkliyi yaratdılar. Bu yerdə klub rəhbərliyinə də “sağ ol” düşür. Komandaya lazım olan bütün dəstəyi verdilər. “Kəpəz”in elitada qalması üçün dayanmadan çalışdılar. Bilirsiniz ki, sponsor olmadan mübarizə aparmaq çətindir. Klubun elitada qalması, öz mövqeyini qoruyub saxlaması və növbəti mövsümdə iştirakı inanıram ki, “Kəpəz” üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq və “Kəpəz” növbəti çempionatda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Qazandığı qələbələrlə gəncəli futbolsevərləri daha çox sevindirəcək”.
Cəfərov stadion probleminin həllinin kluba tezliklə sponsor tapılmasına köməklik edəcəyini də qeyd edib: “Gəncədə futbolun inkişafı üçün müvafiq işlər görülür. Məşq meydançaları salınıb, yeni baza istifadəyə verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu stadion artıq tikilməkdədir. Bunlar hamısı “Kəpəz”in gələcəyi üçün qoyulan yatırımdır. Arenanın yenilənməsi klubun ən böyük problemi olan sponsor məsələsinin həllinə kömək etməlidir”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC