“Sumqayıt” Premyer Liqanın XXIII turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdi. İki həftə əvvəl də burda olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər.
- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?
- Bilmirəm. Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.
- Oyunun bu qədər gərgin keçməyi sizcə anormal deyil?
- "Kəpəz" evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılarlar. Gərginliyin hardan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm.
- Sizcə, "Kəpəz" "Zirə" və "Neftçi"yə qarşı da belə oynayacaq?
- Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu öz təsirini göstərəcək.
- Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək? - Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC