"Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi" - Adil Şükürov

“Kəpəz” Premyer Liqanın XXXIII turunda öz meydanında "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bildirməklə başlayıb.

- Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi. 

- Ən rahat komanda "Kəpəz"dir. Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladır. Belə fikirlər var ki, həmin komandalar "Kəpəz"i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədir?

- Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

- Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?

- Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.

- Samir Abasov eyham vurdu ki, "Kəpəz"in aparıcı oyunçularının qırmızı vərəqə alması qarşıdakı matçlarda öz sözünü deyəcək…

- Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı.

- Sanki baş hakim oyunun ipini əldən vermişdi. Siz necə düşünürsünüz?

- Hakimlik barədə mənə sual verməyin, bu haqda danışan adamlara sual verin.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC