Azərbaycanın 17 yaşadək (U-17) qız futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində 2-ci oyununu keçirib.
Presssport.az xəbər verir ki, yığmamız Qazaxıstanla görüşüb.
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Komandamızın heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə Aylin Kərimova fərqlənib. Qazaxlar oyunsonrası penaltilər seriyasında 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, təmsilçimiz ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC