“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXIII turu çərçivəsində keçirilən “Neftçi”yə evdə 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
Presssport.az verir ki, 52 yaşlı mütəxəssis ilk olaraq görüşlə bağlı danışıb.
– Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oldu. Oyundan razı qaldım. Lakin daha səliqəli oynamalı idik. Səhvlərimiz oldu, rəqib fərqlənə bilərdi. Oyunda nizam-intizam var idi.
– Toralın birinci hissədəki oyununu necə şərh edərdiniz?
– Narazı qaldım.
– “Neftçi”yə qarşı xal itirməmisiniz. Bunu xüsusi motivasiya ilə əlaqələndirmək olar?
– Elə oyunlar var idi ki, ona daha çox hazırlaşırıq. Bəlkə də ən az “Neftçi”yə qarşı komandamı motivasiya edirəm. Çempionatın ən maraqlı oyunudu. Seriyamız uğurlu alınır. Oyunçulara əlavə nəsə demirəm. Futbolçularım hər şeyi yaxşı dərk edir. Ola bilər ki, rəqiblə həyəcanlı bir-iki oyunumuz olub. Ona görə futbolçular daha istəkli olur.
– İspaniya klublarının birinin bazasında təcrübə keçəcəyiniz qeyd edilir…
– Belə planımız yoxdu.
– Aciz “Neftçi”nin vəziyyəti sizə nə qədər təsir edir?
– Buna cavab verməyim bəlkə də düz olmaz. Hər komandanın eniş vaxtı olur. Nəinki “Neftçi”nin, bütün komandaların aktiv olmasını istəyirəm. Ola bilər ki, bizdə də nə vaxtsa eniş olacaq. “Neftçi” böyük klubdu, inşallah, bu vəziyyətdən çıxar.
– Mətbuatda qeyd olunur ki, “Qarabağ” Emre Morla maraqlanır. Bu, nə dərəcədə doğrudu?
– Bundan xəbərim yoxdu (gülür).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC