Cüdoçularımız Göygol Avropa Kubokunun ilk günündə 10 medal qazandı

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri bu gün start götürüb.

Presssport.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib.

Qeyd edək ki, qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.

Qalibləri təqdim edirik:

-50 kq. çəkidə Məhəmmədəli Hüsiyev qızıl medal

-55 kq. çəkidə Nihad Məmişov qızıl medal

-60 kq. çəkidə Fərid Qarayev gümüş medal, Özqan Quliyev bürünc medal

-66 kq. çəkidə Ramil Mahmudov və Səlim Sultanov bürünc medal

-40 kq. çəkidə Xədicə Abdullayeva bürünc medal

-44 kq. çəkidə Leyla Ələkbərova bürünc medal

-52 kq. çəkidə Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal.

Cüdoçularımızı təbrik edirik!

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC