Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.

Əməkdaşlığın iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Xatırladaq ki, bundan öncəki gün Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC