Kvabena macarlara lazım deyil, Super Liqa təmsilçisi danışıqlar aparır

"Qarabağ"ın sabiq legioneri Ovusu Kvabena karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Presssport.az xəbər verir ki, 27 yaşlı qanalı hücumçunun xidmətində "Sivasspor" maraqlıdı.

Kvabenanın 1 ildi çıxış etdiyi “Ferenstvaroş” onunla yollarını ayırmaq istəyir.

Bundan istifadə edən Sivas təmsilçisi afrikalı forvardla danışıqlar aparır.

Xatırladaq ki, "Qarabağ" Ovusunu 2020-ci ilin yanvarında  "Leqanes"dən transfer etmişdi. Futbolçunun Macarıstan klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC