FIBA hakimlərimiz Avropa çempionatında idarəçilik edəcək

FIBA dərəcəli beynəlxalq hakimlərimiz yay aylarında təşkil olunacaq yeniyetmə oğlanlar arasında Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər. 

Presssport.az xəbər verir ki, beynəlxalq basketbol qurumu FIBA-nın ölkəmizdən seçdiyi üç hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov və Urfan Bayramlı müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar:

Ələkbər Həsənov - Rumıniya, U-20 oğlanlar "B" diviziyonu (12-21 iyul) və Yunanıstan, U-16 oğlanlar "A" divizyonu (9-17 avqust)

Ruslan Xalıqov - Albaniya, U-16 oğlanlar "C" divizyonu (9-14 iyul)

Urfan Bayramlı - Cəbəllütariq, U-16 qızlar "C" divizyonu (9-14 iyul) - Albaniya, U-18 oğlanlar "C" divizyonu (23-28 iyul) - Şimali Makedoniya, U-16 oğlanlar "B" divizyonu (8-17 avqust)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC