"5 qol buraxmışam, öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

"Neftçi"nin futbolçusu Rza Cəfərov Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ"la oyundan (0:5) sonra jurnalistlərə açıqlama verib.

Presssport.az xəbər verir ki, 20 yaşlı qapıçı öncə oyunla bağlı fikirlərini bildirib: “Deyəcək heç nə yoxdur. Gördüyünüz kimi... Meydana qələbə üçün çıxmışdıq, amma alınmadı”.

O, “Neftçi”nin belə nəticələr göstərməsinin səbəbini nədə görürsünüz?” sualına bu cür cavablandırıb: “Mən meydana çıxıb öz işimi görməyə çalışıram. Başqa heç nə deyə bilmərəm. Öz oyunumdan danışsam, 5 qol buraxmışam, necə qiymətləndirə bilərəm? Çox pis”.

Cəfərov, azarkeşlərə çağırış etdikdən sonra bu cür məğlubiyyətin onlara pis təsir edəcəyini qeyd edib: “Biz də çox məyusuq. Onlar da meydana təzə qayıtmışdılar. Belə nəticənin qeydə alınması həm azarkeşlər üçün pis oldu, həm klub üçün. 3 turumuz qalıb. Onları qazana bilsək, yaxşı olar”.

O, Yuri Matiasın 79-cu dəqiqədə aldığı qırmızı vərəqə haqda da danışıb: “Orda mümkün ofsayd epizoduna görə hakimə narazılıq bildirdi. Mən uzaqdan görmürdüm, ora çatmadım. Yəqin ki, etirazla əlaqəli olar”.

Sonda Rza heç bir kluba getmək fikri olmadığını bildirib (qol.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC