Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.
Presssport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç 1-ci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu 2-ci, qazaxıstanlı Nelli Qaitova 3-cü pillədə başa vurub.
Kişilərin mübarizəsində türkiyəli Əhməd Alkanoğlu finişə hamıdan tez çatıb. 2-ci yeri ukraynalı Boqdan Semenoviç, 3-cü yeri uqandalı İsmail Senyange tutub.
İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC