"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXIII turunda öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bildirməklə başlayıb.
- Bəxtinizin gətirmədiyini demək olar?
- Bəli, "Sabah" bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidi. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən.
- İkinci hissədə ilk yarıdakı oyunu davam etdirmək üçün nə çatmadı?
- İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi.
- Yeni mövsüm üçün hansı planlarınız var?
- Gələn mövsüm barədə danışıq olmayıb. Çempionatı başa vurmaq lazımdı. Hər oyuna yüksək hədəf üçün çıxırıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC