Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib. Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
Yarımfinal mərhələsində "Günəşli" və "Mərdəkan" üz-üzə gəlib. "Günəşli" üstünlüyünü qoruyaraq 7:0 hesabı ilə qalib gəlib.
"Aşağı Güzdək" və “Biləcəri” arasında baş tutan görüş birincilərin qalibiyyəti ilə yekunlaşıb - 2:1.
Turnirə mayın 9-da yekun vurulacaq. Bakı Tennis Akademiyasında keçiriləcək final oyununda "Günəşli" və “Aşağı Güzdək” qarşılaşacaq. Üçüncü yer uğrunda görüş isə "Biləcəri" və “Mərdəkan” arasında baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC