"Neftçi" antirekordunu təkrarlayıb.
Presssport.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.
Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.
Onu da bildirək ki, “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/14 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC