Ayaz Quliyev debüt mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqasında qol hesabını açıb.
Presssport.az xəbər verir ki, bu, çıxış etdiyi “Sabah”da olub.
27 yaşlı yarımmüdafiəçi hesabat turu olan XXXIII turda “Araz-Naxçıvan”la Mərdəkandakı “Liv Bona Dea Arena”dakı matçın 2-ci dəqiqədə baxımlı qola imza atıb və bu, görüşdə yeganə qol olub.
Maraqlıdı ki, Ayaz futbolçu karyerasında növbəti qolu düz 5 il gözləməli olub. Özü də son qolunu da məhz may ayında vurması diqqət çəkir. Bu, yetirməsi olduğu, onu tanıdan Moskva “Spartak”ında olub. Bu, 2019-cu ilin mayın 18-də Rusiya Premyer Liqasında XXIX turda Samarada “Krılya Sovetov”la görüşdə olub. Quliyevin son saniyələrdə - 90+7-ci dəqiqədə vurduğu qol qələbə topu olub - 2:1.
Onu da bildirək ki, Ayaz indiyədək çıxış etdiyi Rusiyanın müxtəlif liqalarında 167 oyunda cəmi 5 qol (3 assist) vurmuşdu. Yəni, bu, onun karyerasında 6-cı qolu olub. Əvəzində Quliyevin passivində 40 sarı, 1 qırmızı vərəqə var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC