Renat Dadaşovun komanda yoldaşı: "5 aydır quru çörək yeyirik..."

“Hatayspor”un qapıçısı Erce Kardeşler Türkiyə Super Liqaslnın XXXV turunun "Qaziantep"lə matçından sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, 30 yaşlı qolkiper ötən il baş vermiş dəhşətli zəlzələdən sonra komandanın sahibsiz qaldığını söyləyib: 

“Mövsüm başlayandan bəri tək qalmışıq. Stadionumuz, bazamız, pulumuz olmadı. Bir futbol komandası basketbol məşqi edərək oyunlara hazırlaşır. 5 aydır quru çörək yeyirik, belə məşqə çıxırıq. Sonra da duş almadan evə gedirik. Tək istəyim Super Liqada qalmaqdı”.

Kardeşlerin fikrincə, meydana çıxırlarsa, bu, keçmiş baş məşqçiləri Volkan Dəmirəlin sayəsindədi: "Burda pul üçün yix, Hatay xalqı üçünəm. İnsanlar zəlzələni çox tez unutdu. İl yarımı boşa verdik. İnşallah, insanlar "Hatayspor"a sahib çıxar".

2023-cü ilin 6 fevral tarixində baş vermiş zəlzələ nəticəsində "Hatayspor"un stadionu və bazası qəzalı vəziyyətə düşüb. Nətucədə komanda ev oyunlarını Mersin şəhərində keçirir.

Xatırladaq ki, milli komandamızın futbolçusu Renat Dadaşov da "Hatayspor"da çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC