“Kocaelispor”un prezidenti Rəcəb Durul I Liqanın son turunda “Bodrumspor”a məğlubiyyətdən (0:3) sonra azərbaycanlı hücumçuları Ramil Şeydayevun oyunu haqda danışıb.
Presssport.az xəbər verir ki, o, Ramilin sərgilədiyi çıxışdan narazı qaldığını gizlətməyib:
“Rəqib bizi yenmək istəyirdi, ancaq bunu özümüz etdik. Onların oyununu yaxşı öyrənə bilmədik. "Bodrumspor" qələbəni bizdən daha istəyirdi. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Xeyrimizə iki penalti verilmədi. Əmirin dayaq yarımmüdafiəçisi, Ramilin isə nominal hücumçu mövqeyində çıxış etməsi oyunumuzu zəiflətdi. Ramil kifayət qədər qol vəziyyəti yaratmadı, o qədər də faydalı olmadı”.
Xatırladaq ki, Şeydayev “Bodrumspor”la matçda start heyətdə yer alsa da, artıq ilk hissənin sonunda əvəzlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC