"Bəlkə də mövsümün ən zəif oyununu oynadıq" - Şahin Diniyev

"Səbail" Premyer Liqanın XXXIII turunda öz meydanında "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransına oyun hadqa düşüncələrini bölüşməklə başlayıb.

- Deyiləcək bir söz yoxdu. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də mövsümün ən zəif oyununu oynadıq. "Qəbələ" daha istəkli idi. Əslində, əskinə olmalı, şanslarımız qalmalı idi. Bu gün artıq avrokubok şansı yoxdu. Futbolda hər şey olur, qəbul etmək lazımd.. Yolumuza davam edəcəyik. "Qəbələ"ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim.

- "İkinci pillədə qalmaq çətindi" demişdiz. İşinizi çətinləşdirən nə oldu?

- Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdı. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı.

- "Səbail" son illərdə 9-10-cu yerlərdə olub. Demək olar ki, komanda olaraq psixoloji cəhətdən autsayder ruhundan çıxa bilməmisiz?

- Stabilliyin olmaması bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd mövsümü altıncı yerdə bitirməkdi. Gələn il avrokubok zonasına oynaya bilərik. Lazımi oyunlarda özümüzü kökləyə bilmədik.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC