Millimizin baş məşqçisi vəzifəsinə daha bir namizəd - "Bavariya" da onu istəyir

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə daha bir namizədin adı bəlli olub.

Presssport.az Almaniya mətbuatına xəbər verir ki, AFFA Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsla danışıq aparır.

62 yaşlı almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. Ona hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. 

Kuntsun klub variantı da var. Belə ki, onun xidmətində "Bavariya" da maraqlıdı.

Xatırladaq ki, keçən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kunts Almaniya U-21 yığmasını çalışdıraraq, 2017-ci ildə onu Avropa çempionu edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC