"Bu mövsüm qapımıza çox penalti təyin edilib, lehimizə az" - "Qəbələ"nin legioneri

"Yaxşı oyun oldu. Qələbə qazandıq. Bizim üçün bu, vacib idi. Peşəkar futbolçuyuq. Motivasiyanın səbəbi elə budur. Son 3 oyunda dayanmadan mübarizə aparacağıq. Əlimdən gələn hər şeyi edəcəm”.

Presssport.a xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Əyyub Allaş Premyer Liqanın XXXIII turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib. 

Oyunda bir qol vuran Allaş bildirib ki, o, daha çoxuna qadirdi: "Daha yaxşı oyun göstərə bilərəm. Amma əsas odur ki, qələbə qazandıq”. 

Matçda "Qəbələ"nin qapısına 2 penalti zərbəsi təyin edilib ki, bu da qollarla nəticələnib. Belçikalı yarımmüdafiəçi hakimin bu qərarları haqda da söz açıb: “Həmişə belə olur. Bu mövsüm ümumiyyətlə, qapımıza çox penalti təyin edilib, lehimizə az. Yenə də mən futbolçuyam, o hakimdir. Oyunu o idarə edir, mən isə oynamağa davam edirəm”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC