ÇL-də ilk finalçı müəyyənləşib

Çempionlar Liqasında (ÇL) ilk finalçı müəyyənləşib.

Presssport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ Dortmund "Borussiya"sını qəbul edib. 

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi 50-ci dəqiqədə fərqlənən təcrübəli müdafiəçi Mats Hummels olub.

"Borussiya" iki oyunun nəticəsinə görə 2:0 hesablı üstünlük əldə edərək finala yüksəlib.

Digər finalçının adına bu gün keçiriləcək "Real" - "Bavariya" matçından sonra aydınlıq gələcək.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC