“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off yarımfinal oyunlarına start verilib.
Presssport.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Sabah" və "Xırdalan" arasında seriyanın 1-ci oyunu baş tutub.
Görüşün əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah" yekunda 101:85 hesablı qələbə qazanıb.
Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1:0 önə keçib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist)
Xatırladaq ki, "Sabah" və "Xırdalan" arasında yarımfinal seriyasının 2-ci oyunu mayın 10-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC