Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yığmamız Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunub.
Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Onu da bildirək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC