"Turan Tovuz"un legioneri üçün mövsüm başa çatdı

"Turan Tovuz"un legioneri Roderik Miller üçün mövsüm başa çatıb.

Presssport.az xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.

Belə ki, 32 yaşlı futbolçu "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Məlumdu ki, sona 3 tur qalıb. Bu isə o deməkdir ki, Miler yeni mövsümə də Premyer Liqamızda başlayarsa, ilk turu də buraxmalı olacaq. Tovuz təmsilçisi legionerinin bu hərəkətinə görə 3000 min manat cərimələnib.

"Zirə" isə Tovuzdakı həmin görüşdə 700 manat ziyana düşüb. Buna səbəb qəsəbə təmsilçisinin 5 oyunçusunun sarı vərəqə almasıdı. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC