AFFA "Qarabağ" və "Neftçi" barədə ölçü götürdü

AFFA İntizam Komitəsi "Qarabağ" və “Neftçi”ni cərimələyib.

Presssport.az xəbər verir ki, buna adıçəkilən klublar arasında Premyer Liqanın XXXIII turunda baş tutan oyunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi 1800 manat məbləğində cərimə ödəməli olacaq. Belə ki, "köhlən atlar" azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 1000 manat ziyana düşüb.

Görüşdə qırmızı vərəqə alan "Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias 2-si şərti olmaqla, 4 matçlıq cəzalandırılıb. Mtiasa 3 ay sınaq müddəti təyin olunub.  "Ağ-qaralar" Yuriyə görə 3000 manat cərimələnib.

Bundan əlavə, paytaxt klubu tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsinə görə 1000 manat ödəyəcək və 10 oturacağın sındırılmasına görə stadiona dəyən zərəri də qarşılayacaq.

Xatırladaq ki, “Azərsun Arena”dakı həmin görüş "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC