AFFA-dan rəqibi vuran və hakimi təhqir edən futbolçulara cəzalar

AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb.

Presssport.az xəbər verir ki, Həvəskarlar Liqasında II turun “Sparta” və “Gənclər" arasında baş tuta matçda meydan sahiblərinin futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalandırılıb.

Eyni liqada çıxış edən “Dirçəliş”in futbolçusu Oruc Məmmədov da 4 oyunluq diskvalifikasiya edilib. Buna onun "City Baku" ilə matçda təcavüzkar davranışa (rəqibi əl ilə vurmaq) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

AFFA Gənclər Liqasında keçirilən "Səbail" - İCBFA matçında isə birincilərin futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC