Azərbaycan Premyer Liqasında bu il qələbə qazanmayan komanda qalmadı.
Presssport.az xəbər verir ki, qış fasiləsindən sonra ən son olaraq qalib gələn “Qəbələ” oldu.
Belə ki, son pillənin sahibi XXXIII turda “Səbail”i səfərdə 3:2 hesabıyla məğlub edərək, nəhayət, aktivinə 3 xal yazdı. Maraqlıdı ki, Kaxaber Tsxadadzenin komandası buna I Liqaya düşəcəyi dəqiqləşdiyi turdan sonrakında nail oldu.
Bu, “qırmızı-qaralar” tarixində ən uğursuz mövsüm olan çempionatda yubiley - 5-ci qələbəsi olub. Bunadək son qələbə keçən ilin son matçında qazanılmışdı. Bu, ikinci dövrəyə yekun vuran XXVIII turda "Sabah"la ev matçında 1:0 hesabıyla olmuşdu.
Onda komandanın baş məşqçisi Elmar Baxşıyev idi. Onun gürcü xələfi isə Premyer Liqamızda növbəti qələbəsini 9 il gözləməli olub. Belə ki, 56 yaşlı Tsxadadze ölkəmizdə sonuncu mövsümdə - 2014/15-in XXXV turunda çalışdırdığı “İnter”lə artıq çempion olan “Qarabağ”ı evdə 2:1 hesabıyla məğlub edərək, Azərbaycan Premyer Liqasında daha qalib gəlməmişdi.
Onu da bildirək ki, “Qəbələ”nin 14 oyunluq qələbəsiz seriyası cari mövsümün antirekordudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC