Çempionlar Liqasında ikinci finalçı da məlum olub.
Presssport.az xəbər verir ki, yarımfinalın digər cavab görüşündə “Real” öz meydanında "Bavariya” üz-üzə gəlib.
İlk görüşün keçirildiyi Münhendə qalib müəyyənləşməmişdi. Madriddəki oyunda bütün qollar fasilədən sonra vurulub. Özü də maraqlıdı ki, onların müəllifləri sonradan meydana çıxan futbolçular olub.
Matçda hesabı “Bavriya” açıb. "Real" son dəqiqələrdə Xoselunun dublu ilə 2:1 hesablı əzmkar qələbə qazanaraq finala yüksəlib.
Bununla da Madrid klubu finalda "Borussiya" (Dormtund) ilə qarşılaşacaq. Həlledici oyun iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.
8 may
23:00 "Real" (İspaniya) – "Bavariya" (Almaniya) - 2:1
Qollar: Xoselu 88, 90+1 - Alfonso Deyvis, 68
İlk oyun - 2:2
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC